Macarıstanda velosiped yolları çoxalacaq

Macarıstan hökuməti 2018-2021-ci illərdə velosiped yollarının genişləndirilməsinin maliyyələşdirilməsinə təqribən 53 milyard forint (1 avro = 318 forint) ayıracaq. Bu barədə “Magyar Közlöny” qəzetində dərc olunmuş qətnamədə deyilir. Xərclərin 40 milyard forintdən bir az artıq hissəsi mərkəzi büdcədən daxil olacaq, qalan hissəsi isə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihələr çərçivəsində ödəniləcək. Layihənin maliyyələşdirilməsi məqsədilə 2018-ci ildə mərkəzi büdcədən 10,9 milyard forint ayrılıb, 2019-cu ildə 14,6 milyard forint, 2020-ci ildə 12,3 milyard forint, 2021-ci ildə isə 2,5 milyard forint ayrılacağı planlaşdırılıb.
Velosiped yollarının genişləndirilməsinin maliyyələşdirilməsində “EuroVelo 6” Trans-Avropa Velosiped Trası boyunca bir sıra sahələr, həmçinin Balaton gölü ilə Budapeşti birləşdirən planlaşdırılmış velosiped yolu və Balaton gölü ətrafında artıq mövcud olan velosiped yolu nəzərdə tutulur.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












