Magistral yolda avtobus "sousu" - VİDEO

Avtobus sürücüsü Bakı-Ələt-Astara yolunda yüksək sürətlə hərəkət edib. Çəkilən kadrdan görünür ki, avtobusa sözün əsl mənasında çatmaq mümkün deyil.
Elə təsəvvür yaranır ki, avtobus sürücüsü sanki magistral yolda yox, yarış meydançasındadır.
Avtosfer.az-ın xezerxeber.az-a istinadən məlumatına görə, görüntülərdən aydın olur ki, avtobus sürücüsü sərnişinlərin həyatını riskə atmaqdan çəkinmir. Avtobus azı saatda 150 km/sürətlə hərəkət edir. Üstəlik, manevrlər də edir.
Məsələyə münasibət bildirən yol hərəkəti üzrə ekspert Azər Allahverənov deyir ki, bu videoda birmənalı olaraq yol hərəkəti haqqında qanunvericiliyin tələbləri pozulub. Üstəlik, bu tələbi təkcə avtobus sürücüsü deyil, elə videonu çəkən şəxs də pozub.
Ekspert deyir ki, avtobusların magistral yolda icazə verilən sürəti maksimum 90km/saatdır. Burada isə sürücü bu qanunun tələbini kobudcasına pozub.
Ekspert təklif edir ki, avtobuslara taxoqraflar quraşdırılsın. Taxoqraflar sürücülərin bütün hərəkətlərini izləməyə imkan verir. Həmçinin sənişin avtobuslarına sürətə nəzarət edən xüsusi cihazlar da quraşdırıla bilər. Həmin cihazlar isə sürət həddinin aşılmasının qarşısını alır.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












