Maqnit qasırğasının səviyyəsi açıqlandı

Kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olub. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Məlumata görə, Günəş diski ləkəsizdir və koronoqraf görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac kütlə atılması) müşahidə olunmayıb.
Qeyd edilir ki, 2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalıb. Hesabat dövründə Günəş küləyi parametrlərində sakit rejimə uyğun zəifləmə müşahidə olunub. Günəş küləyinin sürəti 325 km/san qeydə alınıb. Ümumi maqnit sahəsi hesabat dövründə 3-5 nT intervalında qiymət alıb. Geomaqnit sahə son 24 saat ərzində ümumən çox sakit olsa da, fasilələrdə kiçik həyəcanlaşmalar qeydə alınıb.
Bildirilir ki, proqnoz dövründə (20 - 22 iyun) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. 2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (20 - 22 iyun) Günəş küləyi sürəti artdığından yüksələcəyi proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (20 - 22 iyun) fon səviyyələrində davam etməsi gözlənilir.
Proqnoz dövründə (20 - 22 iyun) geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır (Kp=1,2). Maqnit qasırğasının yaranması ehtimalı 1%-dən aşağı qiymətləndirilir.
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Bu yollarda tıxac var - SİYAHI
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV












