Marsa göndəriləcək kosmik gəminin üzərinə adınız yazıla bilər - VİDEO

Marsa göndəriləcək kosmik gəminin üzərində NASA-nın saytında qeydiyyatdan keçən istənilən ölkə vətəndaşının adı qeyd olunacaq. ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin başlatdığı bu layihə marağa səbəb olub. Avtosfer.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, NASA "adını Marsa göndər" kampaniyasına başlayıb. Bunun üçün isə istənilən ölkə vətəndaşı sentyabrın 30-a qədər qurumun saytındakı xüsusi onlayn ərizəni doldurmaqla qeydiyyatdan keçə bilər. NASA-nın yaydığı məlumata görə, artıq dünya üzrə qeydiyyatdan 5 milyondan çox insan keçib. Maraqlı məqam ondan ibarətdir ki, müraciət edən azərbaycanlıların sayı bu vaxta qədər 23 mindən çox olub. Layihəyə ən çox maraq isə Türkiyədəndir. İlk üçlükdə Hindistan və ABŞ-da var. NASA-nın açıqlamasına görə, 2020-ci ildə Marsa yola salınacaq kosmik gəmidəki çiplərə qeydiyyatdan keçən adlar yazılaraq Marsa göndəriləcək. Həmin şəxslərə NASA-nın xüsusi xatirə bileti də təqdim olunacaq. İnformasiya Komunikasiyya Texnologiyaları üzrə Ekspert Rəşad Qafarzadənin sözlərinə görə, NASA-nın bu layihəsindən istifadə edən vətəndaşların gələcəkdə problemlə qarşılaşması istisna edilmir.
Qeyd edək ki, NASA-nın yaydığı məlumata görə, Mars planetinə göndəriləcək kosmik gəminin əsas məqsədi orada keçmişdə yaşayış olub-olmadığına dair sübutların axtarılması, eləcə də iqlim və geoloji proseslərin öyrənilməsindən ibarətdir.
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












