Marsda buzlu krater kəşf edildi - FOTO

Mars planetində buzlu krater kəşf edilib. Avtosfer.az ölkə.az-a istinadən bildirir ki, planetin Cənub qütbünün buzlu hissəsində böyük dəlik açılıb. Ehtimal edilir ki, bu hissəyə hansısa obyekt böyük sürətlə çırpılıb. Alimlərin sözünə əsasən, obyekt 2018-ci ilin iyul-sentyabr ayları arasında düşüb. "Obyekt düşəndə böyük partlayış olub və güclü enerji çölə çıxıb", - deyə Ross Beyer deyib. "HiRİSE" kamerası ilə Cənub qütbündən əldə edilən fotolarda obyektin düşdüyü yer və izləri yaxşı görünür. Fotodakı ağ zolaqları izah etmək çətinlik törədib. Ehtimal edilir ki, bu izlər zərbə dalğasının təsiri nəticəsində yaranıb. 2013-cü ilin məlumatlarına əsasən, hər il Marsın səthinə 200 asteroid düşür. Bir çoxunun diametri 1-2 metrdir və özlərindən sonra 4 metr diametri olan kraterlər yaradırlar.



Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










