“Mart ayında hava, əminliklə demək olar ki dəyişkən olacaq” - Umayra Tağıyeva

Mart ayının havasının dəyişkənliyi kimi stabil heç nə yoxdur. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərin “mart ayında hava necə olacaq” sualına cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
U.Tağıyeva bildirib: “Mart ayında hava, əminliklə demək olar ki dəyişkən olacaq. Bu halda biz 100 faiz səhv etmirik. Bu da siklon və antisiklonlarin aktivləşməsi ilə bağlıdır".
Departament direktorunun sözlərinə görə, tez-tez bir-birini əvəz edən siklon və antisiklonlar nəticəsində fərqli meteoroloji şərait yaranır: "O cümlədən, səth örtüyü, relyef, dağ silsilələri, Xəzər dənizi ölkə ərazisinə daxil olan hava kütlələrinin xüsusiyyətlərinin dəyişməsinə səbəb olur. Bu proseslər sinoptiklər üçün ən şıltaq ay olan martda özünü daha qabarıq görtərir. Mülayim yaz havası ani olaraq soyuq hava şəraiti ilə əvəz olunur. Bu mart ayı da istisna olmayacaq".
U.Tağıyeva qeyd edib ki, martın səciyyəvi cəhəti şimal və cənub-qərb küləklərinin tez-tez bir-birini əvəz etməsi, onların güclənməsi olacaq: "Ümid edirik ki, bu əhalinin əhval-ruhiyyəsinə təsir etməyəcək. Havanın temperaturu çox da nəzərə çarpmayan müsbət və mənfi fərqlərlə iqlim norması daxilində tərəddüd edəcək. Mülayim hava şəraiti gün ərzində kəskin dəyişə bilər. Yağıntılar isə ayrı-ayrı rayonlarda aylıq normanı aşa bilər".
Nazirlik rəsmisi əlavə edib ki, çoxillik məlumatlara görə axırıncı onilliklərdə ən isti mart ayı 2002-ci ildə müşahidə edilib, bu zaman orta aylıq temperatur iqlim normasından 3,8 dərəcə yüksək olub: "Martda havanın ən yüksək temperaturu isə 2008-ci ildə ayın 26-da 31 dərəcə müşahidə edilib. Bu, əsl yay temperaturu idi. 2014-cü ildə martın 29-dan 30-a keçən tarixdə isə havanın temperaturu kəskin dəyişib, 13-18 dərəcə enib və Bakıda cəmi 0,9 dərəcə olub. Belə surprizlər mart ayı üçün nadir hadisə deyil".
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA










