Masallıda 4 nəfər evə hücum edərək ər və arvadı bıçaqlayıb - FOTO

Masallı rayonunda qaçırılan qızın qohumları oğlanın evinə hücum edərək, ev sahiblərinə bıçaqla xəsarət yetiriblər. Avtosfer.az-ın "Report"a istinadən verdiyi xəbərə görə hadisə rayonunun Alışanlı kəndində baş verib.
Belə ki, kənd sakini 1969-cu il təvəllüdlü Xalıq Məmməd oğlu Həsənovun yaşadığı evə 4 nəfər basqın edərək ev sahibini və onun həyat yoldaşı, 1969-cu il təvəllüdlü Xanım Balaş qızı Həsənovaya bıçaqla xəsarət yetirib.
X.Məmmədovun bildirdiyinə görə, oğlu Rəşad bir gün əvvəl qonşu Səmidxanlı kəndindən qız qaçırıb. Qız öz istəyi ilə qaçdığını yazılı şəkildə bildirib. Bununla razılaşmayan qohumlar oğlanın atasının evinə hücum çəkərək qızın geri qaytarılmasını tələb ediblər. Qızı evdə görmədikdə ev əşyalarını dağıdıblar.
Hadisə ilə bağlı ev sahibi DİN-nin 102 xidmətinə məlumat verilib. Evə basqın edən şəxslər saxlanılıb. İzahatları alındıqdan sonra sərbəst buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı













