Masallıda həmkəndlisinin tövləsini və ot bağlamalarını yandıran şəxs saxlanılıb

Masallıda həmkəndlisinə məxsus tövləni və ot bağlamalarını yandıran şəxs saxlanılıb. DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, 19 sentyabr 2018-ci il tarixində Masallı rayonunun Səmidxan kəndində P.Nəzərova məxsus fərdi yaşayış evinin həyətində yerləşən üzərində ot bağlamaları yığılmış tövlədə yanğın baş verib və nəticədə ona 8 min manat dəyərində ziyan dəyib. Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tikilini qəsdən yandırmaqda şübhəli bilinən rayonun Səmidxan kənd sakini Cavid Qurbanov müəyyən edilərək saxlanılıb. O, törətdiyi əməli etiraf edib və tövləni ban hissəsində yığılmış ot bağlamalarına alışdırıcı ilə od vurmaqla yandıraraq məhv etdiyini bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə cinayət işi başlanılıb.
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO
Köçəryan Azərbaycana verilir? - AÇIQLAMA
Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq? - FOTO








