Masallıda yol qəzasında yaralananlardan biri xəstəxanada ölüb

Ötən gün Masallı rayonunda yol qəzasında xəsarət alanlardan biri bu gün xəstəxanada ölüb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bu, rayonun Dadoba kənd sakini, 1983-cü il təvəllüdlü Ramal Xeyrulla oğlu Həsənovdur.
Qeyd edək ki, iyunun 17-də axşam saatlarında Masallı-Yardımlı yolunun Masallı rayonunun Ərkivan qəsəbəsindən keçən hissəsində yol qəzası baş verib. Masallı rayonunun Dadoba kənd sakini, 1981-ci il təvəllüdlü Bəhruz Nadir oğlu Sadıqovun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və yol kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - Dadoba kənd sakinləri - 1983-cü il təvəllüdlü Pərviz Cavanşir oğlu Qurbanov, 1983-cü il təvəllüdlü Ramal Xeyrulla oğlu Həsənov və 1981-ci il təvəllüdlü Elxan Cavad oğlu Cavadov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Sərnişinlərdən daha ağır yaralanan R.Həsənov Masallı Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilib. Qəzadan sonra Ərkivan qəsəbəsi və ətraf kəndlərə elektrik enerjisinin verilişində fasilə yaranıb.
Faktla bağlı araşdırma aparılır.
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Bu yollarda tıxac var - SİYAHI
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS












