"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO

Altı il əvvəl İrandan Azərbaycana gələn şəxs iş qurmaq məqsədilə kreditlə yük avtomobili alsa da, dələduzluqla üzləşdiyini iddia edir. Onun sözlərinə görə, əvvəlcə avtomobili "oğurluq" adı ilə əlindən alınıb, sonra isə həmin maşın ona yenidən satılıb. Nəticədə şikayətçi həm avtomobillərini, həm də külli miqdarda vəsaitini itirib. Avtosfer.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilir.
Şikayətçi Əli Əlibagei məsələ ilə bağlı bunları bildirib:
"2020-ci ildə İrandan gəldim və iş qurmaq üçün iki yük maşını aldım. Birinci maşını 38 min manata öz adıma rəsmiləşdirmişdim. İkinci maşını alanda Arzu Nurayeva adlı şəxs gələrək avtomobilin oğurluq olduğunu iddia etdi və onu apardı. Bir neçə gün sonra isə geri qayıdaraq həmin maşını mənə satmaq istədiyini dedi. Özünü bank işçisi kimi təqdim edərək, 'Narahat olma, borcunu ödəyərsən' dedi. 13 min manata razılaşdıq və hər ay 1 300 manat ödəyəcəyimi bildirdi.
Artıq üç maşınım var idi. Bir neçə ay sonra Arzu xanım maşınları öz adına keçirməyimi tələb etdi. Kreditin bitməsinə cəmi 1 000 manat qalmışdı. Türkiyəyə gedib qayıdanda öyrəndim ki, maşını Arzu xanım aparıb. Səbəb kimi borcun gecikməsini göstərərək maşını satdığını bildirdi. Etiraz edəndə isə pulumu geri verməyəcəyini dedi.
Nəticədə mən həm birinci, həm də digər avtomobillərimi itirdim. Arzu xanım mənə hədə-qorxu gələrək, "Gör sənin başına nə oyunlar açacağam" deyirdi. Bu hadisələr nəticəsində, ümumilikdə, 110 min manata yaxın zərərə düşmüşəm".
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO












