Maşın sürmək üçün etibarnamə ləğv olunur? - DYP-dən açıqlama

Azərbaycanda başqasına məxsus olan avtomobili idarə etmək üçün etibarnamə tələb olunur. Lakin dünya ölkələrində bu təcrübənin hələ illər öncə ləğv edildiyini görə bilirik. Xüsusən BMT-yə üzv olan 193 ölkədən yalnız biri - Azərbaycanda bu sistem hələ də mövcuddur.
Bəs görəsən, ölkədə etibarnamə sisteminin ləğv olunması məsələsinə baxılmalıdırmı? Hələ də etibarnaməyə gərək varmı?
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Eldəniz Cəfərov Lent.az-a açıqlamasında bildirib ki, fiziki şəxslərə verilən etibarnamələrin aradan qaldırılması lazımdır:
“Azərbaycanda hazırda “car sharing” deyilən sistem mövcuddur. Sifarişçi onlayn qaydada avtomobil sifariş edərək, dayanacaqdan götürüb sürür və işi bitdikdə digər dayanacaqda təhvil verir. Burada hər hansısa yazılı etibarnaməyə ehtiyac duyulmur.
Hüquqi şəxslər üçün verilən etibarnamələrin (şirkətlərin vətəndaşlara yaxud əməkdaşlara avtomobil verməsi) saxlanılması mütləqdir. Lakin fikrimcə, “car sharing” sistemi mövcud olduğu üçün fiziki şəxslərə verilən etibarnamələrin aradan qaldırılması lazımdır”,- deyə E.Cəfərov fikrini yekunlaşdırıb.
Dövlət Yol Polisindən bildirildi ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən, etibarnaməsiz avtomobil idarə etməyin 40 manat məbləğində cəriməsi var:
“Lakin etibarnamənin dayandırılıb, dayandırılmaması məsələsi bilavasitə qanunun tələblərindən asılı olduğu üçün hazırda prosesin ləğvi nəzərdə tutulmayıb”.
Qanunvericilikdə bununla bağlı hər hansısa yenilik olduqda, məsələyə yenidən qayıdacağıq.
Qeyd edək ki, avtomobilin idarə edilməsi üçün tələb olunan etibarnamənin ləğv olunduğu ölkələrdə yalnız üç sənəd, ürücülük vəsiqəsi, avtomobilin qeydiyyat sənədi və sığorta şəhadətnaməsi tələb olunur.
Etibarnaməsiz sistemdən sonra notariat mərhələlərinin aradan qalxması ilə korrupsiya riski minimuma enib, vətəndaşlar artıq əlavə sənəd hazırlamaq məcburiyyətindən azad olunublar. Ailə üzvləri və dostlar arasında avtomobilin sərbəst istifadəsinə şərait yaranıb.
Eyni zamanda, bu sistemin ləğvindən sonra notariat və rüsum xərcləri aradan qalxıb, sığorta sistemi şəffaflaşıb, risklər faktiki sürücüyə görə hesablanmağa başlayıb. Elektron məlumat bazaları sayəsində polis nəzarəti real vaxtda həyata keçirilir, hüquqi mübahisələr isə əhəmiyyətli dərəcədə azalıb.
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












