Maşından 500 minlik qızıl-zinət əşyası oğurlandı - VİDEO

İstanbulun Baxçalıevlər rayonunda zərgər maşınından 500 min lirəlik qızıl-zinət əşyası oğurlanıb. Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, insident Yenibosna Beyazıt küçəsində qeydə alınıb.
Məlumata görə, qızıl alveri ilə məşğul olan M.A. və C.T., aldıqları 500 min lirə dəyərində 14 ədəd qızıl boyunbağı, qolbaq və üzüyün də içində olduğu çantanı baqaja qoyub avtomobilə miniblər.
Bu arada onlara yaxınlaşan avtomobildən düşən şəxs baqajı açaraq çantanı götürüb qaçıb. M.A. və C.T. dərhal soyğunçunun arxası ilə qaçsa da şəxs onu gözləyən nəqliyyat vasitəsinə minərək uzaqlaşıb. Qızıl alverçiləri yaxınlıqdakı polis şöbəsinə şikayət ərzəsi ilə müraciət ediblər. Zərərçəkənlərin ifadəsini alan polis əməkdaşları soyğunçuların axtarışlarına başlayıb.
Baş verən hadisənin görüntüləri təhlükəsizlik kamerasına düşüb.
Namiq
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











