Maşından qanunsuz dərman preparatları aşkarlanıb - FOTO

Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə Rusiyadan daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 21901" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.
Komitədən Avtosfer.az-a verilən məlumata görə, yoxlama zamanı, avtomobilin müxtəlif yerlərində gömrük nəzarətindən gizlədilən xeyli miqdarda - 32 adda dərman preparatları, 60 ədəd tibbi gigienik şam və müxtəlif dərman preparatlarına məxsus, cəmi 97 boş qutu və plastik qablar aşkar edilib.
Bu mallar avtomobilin salonunda, sürət ötürücüləri qutusunun örtüyünün alt hissəsində olan boşluqlarda, ön paneldə əşyalar qoymaq üçün nəzərdə tutulan yerin altındakı örtüyün arxasında olan boşluqda, hava filtrinin içərisində, arxa sağ və sol qapıların örtüklərinin arxasındakı boşluqlarda və nəhayət, yük yerindəki ehtiyat təkərin içərisində aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Namiq
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI

















