“Maşın”ın maşını hara yoxa çıxıb? - Bir il keçib...

Azərbaycanın ən reytinqli realiti şousu olan “Maşın”ın 16-cı sürəti ətrafında yaranmış müəmmalı vəziyyət hələ də davam edir. Avtosfer.az Axşam.az-a istinadən xəbər verir ki, verilişin bitməsindən bir ilə yaxın müddət keçməsinə baxmayaraq, qalibə hədiyyə kimi təqdim edilməli olan avtomobilin aqibəti qeyri-müəyyən olaraq qalıb.
Layihənin rəhbəri və aparıcısı Murad Dadaşov isə bugünədək məsələyə geniş izahat verməyib. Xalq artisti sonuncu dəfə ötən ilin oktyabrında bildirib ki, maşını tamaçılardan birinə verməyi düşünür: “Maşınla bağlı oyun keçirəcəyik, tamaşaçılar arasında birinə verəcəyik. Hələ ki, fikrimiz budur. Əsas odur ki, maşın kiməsə veriləcək”.
Bu açıqlamanın üstündən aylar keçməsinə baxmayaraq, maşının taleyinin necə olduğu indiyə kimi qaranlıq olaraq qalır. Xatırladaq ki, keçən ilin mayın 28-də başlayan “Maşın” şounun tarixində bir ilk yaşanıb. Verilişin qalibi olan Roza Zərgərli sonda hər kəsi təəccübləndirərək, avtomobildən imtina edib. Sənətçi üzünü Murad Dadaşova tutaraq bildirib ki, o verilişə maşın üçün deyil, oyun üçün gəlib. “18 nəfər iştirakçının adından xahiş edirəm, bu maşını xeyriyyə məqsədilə istifadə edin”.
Məsələylə bağlı layihənin təşkilatçısı “M Group” prodakşnla əlaqə cəhdi nəticəsiz qalıb.
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI












