Maşınla piyadanı vurub qaçan 16 yaşlı gəncin məhkəməsi oldu

Bakıda piyadanı vurub öldürən yeniyetmənin məhkəməsi keçirilib. Avtosfer.az-ın "Qafqazinfo"a istinadən verdiyi xəbərə görə,ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Qurbanəli Qurbanovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses aprelin 1-də davam etdiriləcək. Hadisə 2018-ci il dekabrın 21-də saat 19 radələrində Xətai rayonu Nobel prospektində baş verib. Yolu keçən Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Ləman Süleymanlı naməlum avtomobillə vurulub və orada ölüb. Sürücü isə hadisə yerindən qaçıb. Hadisənin “Nissan” markalı avtomobillə törədilməsi, sürücüsünün isə Bakı şəhər sakini 16 yaşlı və sürücülük vəsiqəsi olmayan Q.Qurbanov olması müəyyən edilib və o saxlanılıb.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












