Maşınları əzən sərxoş sürücünün kimliyi məlum oldu -TƏFƏRRÜAT

Paytaxtın Binəqədi rayonu, 6-cı mikrorayon, Mirmahmud Kazımovski küçəsi 54/56 ünvanında yerləşən binanın qarşısında sərxoş halda “Toyota Land Cruiser” ilə bir neçə avtomobili əzən şəxsin kimliyi məlum olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə azvision.az -a bildirib ki, hadisəni törədən Sənan Kərimov adlı şəxsdir.
DİN rəsmisinin sözlərinə görə, S.Kərimov həmin binadakı mənzillərin birində kirayədə yaşayır: "Avtomobilin sahibi xaricdə yaşayır. O, maşının açarlarını qonşusuna etibar edib və həftədə bir neçə dəfə avtomobilin mühərrikinin yatmaması üçün işə salmasını istəyib. Hadisə baş verən gün qonşu maşını işə sala bilməyib. Bu zaman həyətə daxil olan sərxoş Sənan Kərimovdan kömək istəyib. O, Sənana bildirib ki, maşını işə salıb, bir-iki dövrə vurmaq lazımdır. Sərxoş olan sürücü avtomobili idarə edən zaman binanın həyətindəki ən azı 9 avtomobili əzib”.
O. Mansurzadə qeyd edib ki, Sənan Kərimov artıq saxlanılıb, sərxoşluq ekspertizasından keçirilib və onun ortadərəcəli sərxoş olduğu müəyyənləşib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsində araşdırma aparılır.
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH












