Maştağa sakinindən “Kalaşnikov” avtomatı götürülüb - FOTO

Sabunçu rayonunda “Kalaşnikov” markalı avtomat götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədi ilə növbəti uğurlu əməliyyat həyata keçirilib. Belə ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Maştağa qəsəbə sakini Rəhman Həsənov saxlanılıb. Onun idarə etdiyi “Mersedes” markalı avtomobilin yük yerinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, patron darağə və 26 ədəd patron aşkar edilərək maddi sübut kimi götürülüb. R.Həsənov ifadəsində odlu silah-sursatı bir müddət əvvəl dəniz kənarından tapdığını və həmin gündən bəri avtomobilinndə saxladığını bildirib.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Fərid
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı













