Maştağada bacı və qardaşın özünə qəsd etməsinin TƏFƏRRÜATI

Bakıda qardaş və bacının özlərinə qəsd etmələrinin təfərrüatları məlum olub. Avtosfer.az ONA-ya istinadən xəbər verir ki, fevralın 16-da paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində 19 yaşlı Asim Kərimovun özünü asaraq intihar etməsi, bacısı, 23 yaşlı Aysel Kərimovanın isə sirkə turşusu içərək intihara cəhd etməsinə atalarının ögey analarından uşaq dünyaya gətirmək istəməsi səbəb olub. Belə ki, Asim və Aysel 6 il əvvəl analarını itirib. Ataları Bakir Kərimov həyat yoldaşının ili çıxmamış yenidən ailə həyatı qurub. Uşaqlarla ataları arasında ilk problem də həmin vaxtdan başlayıb. Lakin sonradan münasibətlər normallaşıb.
Bu ilin əvvəlində isə ögey anasının hamilə qaldığını öyrənən bacı və qardaşın ataları ilə münasibəti yenidən pisləşib. Mərhum Asim Kərimov atasına “o uşaq dünyaya gəlsə, özümü öldürəcəm” deyə xəbərdarlıq edib. Lakin B.Kərimov oğlunun etirazına məhəl qoymayıb. A.Kərimov yaşadığı evdə özünü asıb.
A.Kərimova isə qardaşı dəfn edilən gün sirkə turşusu içərək canına qəsd edib. 1 saylı şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdirilən A.Kərimovanın vəziyyəti orta-ağır qiymətləndirilir.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












