Məcəlləyə dəyişiklik qüvvəyə minib: Ofisiant, bərbər və dərzilər sabit vergi ödəyəcəklər - VİDEO

Ofisiant, bərbər, dərzi fəaliyyəti ilə məşğul olan şəxslər gəlirindən asılı olmayaraq sabit vergi ödəyəcəklər. Avtosfer.az-ın məlumatına görə, bu Vergilər Məcəlləsində edilən dəyişiklikdə öz əksini tapıb. Yanvarın 1-dən etibarən iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər, yəni ofisiant, fərdi qaydada bərbər və dərzi fəaliyyəti ilə məşğul olan şəxslər də sadələşdirilmiş vergi ödəyicisi olublar. Məsələn, bərbərlər sadələşdirilmiş vergi üzrə aylıq - 20 manat ödəyəcəklər.
Dəyşikliklərdən xəbərdar olduqlarını bildirən bərbərlər aylıq qazanclarından aslı olmayaraq 20 manat vergi ödənişinin yaxşı olduğunu düşünürlər. Onlar bununla icarəyə götürdükləri obyektin aylıq kirayə pulunu və kommunal xərclərini rahat ödəycəklərini deyirlər.
Bərbərlərdən fərqli olaraq ofisiantlarda vergi ödənişi nisbətən çoxdur. Bundan sonra hər bir ofisiant gəlirindən asılı olmayaraq aylıq 30 manat vergi ödəməli olacaqlar. Yeniliyə ofisiantların münasibətləri birmənalı deyil. Bəziləri xüsusi aylarda onlara güzəşt tətbiq edilməsini istəyirlər.
Xidmət növü sayılan dərziliklə məşğul olanlar isə aylıq 10 manat vergi ödəyəcəklər.
Qeyd edək ki, məcəlləyə edilən bu dəyşikliklər ayın 1-dən qüvvəyə minib.
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO
Köçəryan Azərbaycana verilir? - AÇIQLAMA
Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq? - FOTO








