Məhkəmə "Ağ çiçəyim"in sahibinin vəsatətini təmin edib, jurnalistlər zaldan çıxarılıblar

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İlqar Həsənlinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Nadir Əhmədli şifahi vəsatət qaldırıb.
O, iclasda jurnalistlərin iştirak etməsinə etirazını bildirib. Zərərçəkmiş məhkəmədən xahiş edib ki, proses KİV nümayəndələrinin iştirakı olmadan keçirilsin.
Vəsatət təmin olunub. Jurnalistlər məhkəmə zalından çıxarılıb. Daha sonra iclas media nümayəndələrinin iştirakı olmadan davam etdirilib.
İttiham aktına əsasən, restoranlarda operator kimi çalışan İ.Həsənli "Ağ çiçəyim" restoranının sahibi Nadir Əhmədlinin etibarından sui-istifadə edərək, ona qarşı ümumilikdə 100 min manatdam artıq dələduzluq edib.
Belə ki, o, N.Əhmədlinin sahibi olduğu restoranından kran və digər avadanlığı götürüb. Daha sonra N.Əhmədlinin şikayəti əsasında İ.Həsənlinin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












