Məhkəmə bəraət almış qadınla bağlı qərarını elan edib

Bakı Apellyasiya Məhkəməsində 80 min manatlıq dələduzluqda təqsirləndirilən Dürdanə Əhmədovanın barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, prokurorluğun apellyasiya protesti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı bəraət hökmü qüvvədə saxlanılıb.
İttiham aktına əsasən, D.Əhmədova öz yaşayış evini Ramin Məmmədova 80 min manata satıb. Lakin o, pulu aldıqdan sonra həmin evi başqa şəxsə də satıb.
Zərərçəkmişin şikayəti əsasında D.Əhmədova barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda zərər vurma ilə dələduzluq) maddəsi ilə ittiham irləli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun barəsində bəraət hökmü çıxarılıb. Lakin qadın başqa cinayət işi üzrə həbsdə olduğundan məhkəmədən azadlığa buraxılmayıb. Hökmdən narazı qalan prokurorluq apellyasiya protesti verib.
Xatırladaq ki, D.Əhmədova başqa bir dələduzluq cinayətində təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










