Məhkəmə dələduzluqda təqsirləndirilən şəxsə bəraət verib

Nəsimi Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Eynur Tahirovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Bəxtiyar Hacıyev müdafiə çıxışı edib.
Vəkil çıxışında bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibinin əlamətlərini istisna edən kifayət qədər dəlillər var: "Cinayət mühakimə icraatını həyata keçirən məhkəmə cinayət təqibi ilə bağlı verilmiş ittihamın araşdırlması çərçivəsində məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində mühakimə edilən Eynur Tahirova elan olunmuş ittihamın tam əsasız hesab olduğunun şahid olmuşam. İstintaq orqanı mülki hüquq münasibətlərini cinayət işi ilə səhv salaraq əsassız ittiham verib. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyil”.
B.Hacıyev qeyd edib ki, E.Tahirov zərərçəkmiş Roman Əliqasımovanın nə pulunu və nə də əmlakını aldatma və ya etibardan sui-istifadə yolu ilə ələ keçirməyib və belə bir niyyəti də olmayıb.
Vəkil çıxışının sonunda hüquqlarını müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibinin əlamətləri, eləcədə cinayət hadisəsi olmadığından və ona verilmiş ittiham sübuta yetirilmədiyindən E.Tahirovun barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.
Təqsirləndirilən E.Tahirov da son sözündə barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Məhkəmənin hökmü ilə E.Tahirova bəraət verilib.
İttihama görə, E.Tahirov zərərçəkmiş Roman Əliqasımova 6 min manata torpaq sahəsi satıb. Lakin həmin torpaq sahəsinin sənədlərində yanlışlıq olub. Zərərçəkmiş verdiyi pulu tələb etsə də, E.Tahirov həmin məbləği geri qaytarmayıb. Daha sonra zərərçəkmiş R.Əliqasımov hüquq-mühafizə orqanlarına şikayət edib.
E.Tahirova qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Onun barəsində başqa yerə getməmək barədə iltizam seçilmişdi.
Xatırladaq ki, E.Tahirov daha əvvəllər dələduzluq ittihamı ilə məhkum olunub.a
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












