Məhkəmə icra başçısı müavininin oğluna bəraət verib

Sumqayıt Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elmar İbadovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, E.İbadovun apellyasiya şikayəti təmin olunub, binrinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv edilib. Məhkəmə onun barəsində bəraət hökmü çıxarıb. Qeyd edək ki, ittiham aktına görə, E.İbadov 2017-ci il avqustun 22-də idarə etdiyi "Range Rover" markalı avtomobillə yaşlı qadını vurub. Bir neçə gündən sonra qadın ölüb. Abşeron Rayon Məhkəməsinin hökmü ilə E.İbadov 5 il müddətinə azadlıqdan məhrum olunub. Məhkəmə onun cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi haqqında qərar qəbul edib. Hökmdən narazı qalan E.İbadov apellyasiya şikayəti ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edib. O, günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Xatırladaq ki, E.İbadov Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun oğludur.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI












