Məhkəmə insan alverində təqsirləndirilən qadını azadlığa buraxıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Günel Hüseynovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə G.Hüseynova barəsində şərti cəza təyin edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində axtarışda olan Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü G.Hüseynova ötən il həbs edilib.
Onun insan alveri ilə məşğul olması barədə idarəyə bir neçə zərərçəkmiş şəxs şikayət edib.
G.Hüseynovanın bir neçə qadını Türkiyəyə aparması və orada cinsi istismara məruz qoyması məlum olub.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












