Mehriban Əliyeva çətin şəraitdə yaşayan qadınla bağlı tapşırıq verdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva kimsəsiz, Bərdə rayonunda azyaşlı oğlu ilə birgə çətin şəraitdə yaşayan, Hepatit B və onkoloji xəstəliklərdən əziyyət çəkən Nazilə Musayevanın müalicəsi üzrə müvafiq tapşırıq verib. Avtosfer.az xəbər verir ki, hazırda Bakıda xəstəxanaya yerləşdirilən N.Musayevanın əməliyyatı və gələcək müalicəsi ilə bağlı bütün xərclər Heydər Əliyev Fondu tərəfindən təmin olunacaq. Eyni zamanda, N.Musayevanın müalicəsi başa çatdıqdan sonra sosial təminatının həll olunması üzrə də müvafiq tapşırıq verilib. Belə ki, N.Musayevanın əlilliyinin qiymətləndirilməsi aparılacaq, əlillik qrupu təyin olunduqdan sonra ona əlilliyə görə aylıq pensiya və ya sosial müavinət ödənişinə başlanılacaq, öz istəyinə uyğun olaraq məşğulluğunun təminatı üçün də müvafiq tədbirlər görüləcək.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










