Mehriban Əliyeva Əməkdar artist Bəhram Bağırzadəni qəbul edib

Azərbaycanın Birinci-vitse prezidenti Mehriban Əliyeva martın 4-də Əməkdar artist Bəhram Bağırzadəni qəbul edib. Görüşdə martın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə B.Bağırzadənin Bakıda görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə heykəl ucaldılması ilə bağlı irəli sürdüyü təklif müzakirə olunub.
Avtosfer.az xəbər verir ki, B.Bağırzadə Trend-ə açıqlamasında bildirib ki, açığı, hər şeyin belə tez baş verəcəyini gözləmirdi: "Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşümüzdən cəmi bir neçə gün keçib və məni yenə dəvət etdilər, Hacı Zeynalabdin Tağıyevin heykəli ilə bağlı fikirlərimi dinlədilər. Görüşdə ilkin olaraq heykəlin ucaldılacağı ərazinin müəyyən edilməsi barədə razılığa gəlindi. Bunun üçün şəhərin mərkəzində beş-altı yer təklif olundu.
Seçimi peşəkarlar – şəhərsalma üzrə mütəxəssislər, memarlar və heykəltəraşlar edəcəklər. Sonra heykəltəraşlar arasında müsabiqənin elan ediləcəyi gözlənilir və onlar öz işlərini təqdim edəcəklər. Komissiya yaradılacaq, ən yaxşı iş seçiləcək. Müsabiqədə tələbələrdən tutmuş ən tanınmış peşəkarlara qədər hər kəs iştirak edə biləcək”.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












