Məktəb direktoru kassasiya şikayətini geri götürüb

Ali Məhkəmədə Xaçmazda orta məktəbdə 12 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilən məktəb direktoru Gülfərz Alxasovun barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərarda qeyd edilib ki, G.Alxasov kassasiya şikayətini geri götürüb. Bu səbəbdən də kassasiya şikayəti baxılmamış saxlanılıb.
Qeyd edək ki, 2017-ci il Xaçmaz rayonun Arzu qəsəbə tam orta məktəbinin direktoru, 1955-ci il təvəllüdlü G.Alxasov həmin məktəbin 6-cı sinif şagirdi, 2006-cı il təvəllüdlü qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirli bilinərək həbs edilib. O, 12 yaşlı qızın valideynləri tərəfindən polis və prokurorluğa edilən şikayət əsasında saxlanılıb.
Xaçmaz Rayon Məhkəməsinin hökmü ilə G.Alxasov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli tutulduğu gündən, yəni 1 noyabr 2017-ci il tarixdən hesablanması qərara alınıb. Hökmdən narazı qalan G.Alxasov apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib. Sabiq məktəb direktoru kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












