Məktəb direktoru müəllimdir, yoxsa inzibatçı? - Rafael Cəbrayılov yazır

Təhsil hər bir xalqın həyatında müstəsna əhəmiyyətə malikdir. Çünki xalqın gələcəyi təhsildən asılıdır. Azərbaycan Respublikasında da təhsil siyasəti dövlət siyasətinin prioritet istiqamətlətindəndir. Təhsillə bağlı mükəmməl qanunvericilik bazamız var. Təhsilin bütün sahələri barədə qanunlar qəbul etmişik. 2019-cu ilin dövlət büdcəsində təhsil üçün ayrılmış vəsait 2.275 mlrd. manat təşkil edir. Təhsillə bağlı dünya standartlarına uyğun layihə və təcrübələr tətbiq olunur.
Təhsil siyasətinin uğurla həyata keçirilməsi üçün əsas ağırlıq orta məktəblərin üzərinə düşür. Bu məktəblərə rəhbərlik edən insanların şexsi və peşəkar keyfiyyətləri yüksək səviyyədə olmalıdır. Sözsüz ki, nümunəvi məktəb direktorlarımız çoxdur.
Əfsuslar olsun ki, bəzi məktəb direktorları yalnız inzibatçı keyfiyyətlərinə sahib olmaqla şagirdlərdən “fond pulu”, “süpürgə pulu”ndan tutmuş ən əcayib “fond”lar üçün pul yığdiran inzibatçı kimi tanınırlar. Məktəbdə təhsilin keyfiyyətinin yaxşılaşdırılması, şagirdlərin təlim-tərbiyəsinə ciddi fikir verilməsi, müəllim-şagird-valideyn işgüzar üçbucağının yaradılması, şagirdlərə qayğı göstərilməsi və s. kimi vacib məsələlərə biganə yanaşan belə direktorlarımız hələ də var. Elə bunun nəticəsidir ki, bir neçə gün əvvəl Bakının 162 saylı tam orta məktəbində şagirdin intiharı ilə nəticələnən faciə baş verdi.
Düşünürəm ki, həmin məktəbdə biganəlik hökm sürməsəydi bu faciənin qarşısını almaq olardı.
Cənab Prezident İlham Əliyev həmin faciə ilə baqlı müvafiq tapşırıqlarını verib və araşdırmani nəzarətə götürüb. Təhsil Nazirliyi də bu hadisədən ciddi nəticə çıxarmalı, məktəb direktorlarının seçilməsinə daha məsuliyyətlə yanaşmalı, məktəblərdə təhsilin və təlim-tərbiyənin keyfiyyətinin yaxşılaşdırılması, qanunsuz pul yığılması halların son qoyulması, şagirdlərə fərdi yanaşılaraq qayğı göstərilməsi, valideynlərin bu prosesə cəlb edilməsi və s. istiqamətində müvafiq tədbirlər görməlidir.
Rafael Cəbrayılov,
Milli Məclisin deputatı
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI












