Məktəb direktorunu qaz açarı ilə döydülər – FOTO

Rusiyanın paytaxtı Moskvada məktəb direktoruna xəsarət yetiriblər. Lyubov Yeqorovanı müəllimlərdən birinin məvacibini aşağı saldığına görə döyüblər. Avtosfer.az bizimyol.info-ya istinadən xəbər verir ki, hadisə Moskvanın 2109 saylı məktəbində baş verib.

Direktora xəsarəti burada işləyən Albina Vlasovanın qardaşı yetirib. Vlasova qalmaqalın səbəbini açıq deyir. Direktor ona bir sənədə qol çəkməli olduğunu bildirib. Müəllim sənədi diqqətlə oxuyanda maaşının 7 min rubl (100 dollardan artıq) azaldılacağını görüb. Direktorla mübahisə edib, amma məvacib dəyişikliyinin qarşısını ala bilməyib. Məsələyə qardaşı qarışıb. O, bir neçə saat sonra məktəbə gələrək, Yeqorovanı qaz açarı ilə döyüb. Direktoru təcili xəstəxanaya aparmaq lazım gəlib. Vlasovanın qardaşını isə polis həbs edib.
Albina Vlasova onun etirazının anlayışla qarşılanmasını istəyir. 7 min rubl müəllim üçün böyük puldur. Çünki qadın həyat yoldaşı ilə ayrılıb, yeganə övladını çətinliklə saxlayır. Üstəlik, heç bir yerdə iş tapa bilməyən qardaşı da onlarla birlikdə yaşayır. Görünür, ciddi maddi sıxıntı yaşayan qardaşı büdcələrinin nə qədər böyük zərbə aldığını düşündüyündən, əsəblərini cilovlaya bilməyib.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












