Məktəbə maşınla yaxınlaşmaq üçün Şüvəlan yolundakı dairəyə getmək lazımdır – ŞİKAYƏT - VİDEO

Xəzər rayonunda yerləşən 92 nömrəli məktəbin ətrafındakı yol şəraiti şagirdlər və müəllimlər üçün ciddi çətinlik yaradır.
Avtosfer.az-ın sosial şəbəkə hesabına video göndərən vətəndaş məktəb yoluna gediş-gəlişin çətinliyi ilə bağlı məlumat verib. O qeyd edib ki, məktəbə yaxınlaşa bilmək üçün avtomobillə “Stansiya Qala” tərəfə gedib oradan geriyə dönmək, daha sonra isə Qala-Şüvəlan yolundakı dairədən bir də geriyə dönərək mümkündür. Bu isə çox uzun məsafə olduğu üçün həm müəllimlər, həm də şagirdlər əziyyət çəkir.
Digər tərəfdən, məktəbdən çıxaraq piyada hərəkət etməli olanlar üçün də şərait yoxdur. Səkilərin olmaması buradan istifadə edən şagirdlərin, valideynlərin və müəllimlərin həyatını təhükəyə atır.
Məktəbə gedən müəllimlər və şagirdlər bu səbəbdən yol kənarında hərəkət etməyə məcbur qalır, bəzi hissələrdə isə təhlükə daha da artır.
Vətəndaşlar aidiyyəti qurumlardan məsələni tez bir zamanda həll etmələrini tələb edirlər. Onların fikrincə, məktəbə təhlükəsiz piyada yolu çəkilməsi həm şagirdlərin, həm də müəllimlərin təhlükəsizliyini təmin edəcək, gündəlik gediş-gəlişi xeyli asanlaşdıracaq.
Eltac Zülfüqaroğlu
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT












