Məktəbə silahlı hücuma hazırlaşan şagird saxlanılıb

Amerikanın Napa şəhər polisi evində məktəbə silahlı hücum hazırlıqlarına dair sübut aşkar olunan 14 yaşlı məktəblini saxlayıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə idarənin çərşənbə axşamı yaydığı məlumatda deyilir. Dekabrın 31-i məktəbdə təhsil alan şagirdlərdən biri şübhəli şəxs tərəfindən ünvanına yönələn təhdidlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Şagird həmçinin bildirib ki, həmin şəxs ona məktəbdə silahlı insident törətmək planları barədə danışıb. "Zərərçəkmiş şagirdə bu barədə polisə və onun valideynlərinə söyləmək fikrində olduğunu deyəndə, həmin şəxs onu öldürəcəyi ilə hədələyib", - deyə məlumatda bildirilir. Polis yanvarın 2-də şübhəli şəxsin yaşadığı iki yerdə axtarış aparıb və hər ikisində izdihamlı yerlərdə silahlı hücumun planlaşdırılması və öyrənilməsinə dair dəlillər tapıb.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










