Məktəblərdə yay tətilinin müddəti ARTIRILIR: Dərslər bu tarixdə başlayacaq?

Rusiya və Türkiyə kimi ölkələrdə yay aylarının isti keçdiyi şəhərlərdə məktəblərdə yay tətilinin müddətini bir neçə həftə artırılması planlaşdırılır. Bu qərarın əsas məqsədi şagirdlərin sağlamlığını qorumaq və onların daha rahat bir tədris mühiti əldə etməsini təmin etməkdir. Türkiyədə xüsusilə cənub bölgələrində, Rusiyada isə isti iqlimə malik şəhərlərdə bu dəyişikliklərin tətbiq edilməsi nəzərdə tutulur.
Azərbaycanın iqlimi nəzərə alındıqda yay aylarının olduqca isti keçdiyini görmək mümkündür. Xüsusilə iyul və avqust aylarında temperaturun 40°C-yə qədər qalxması, xüsusilə də, şagirdlər üçün əlverişsiz şərait yaradır. Son illərdə iqlim dəyişikliyi ilə bağlı havaların daha da isinməsi bir sıra ölkələri tədris müddətinə yenidən baxmağa vadar edib.
Maraqlıdır ölkəmizdə yay tətilinin müddəti artırıla bilərmi?
Məsələ ilə bağlı təhsil eksperti Elşən Qafarov bildirib ki, dünyanın bütün ölkələrində yay tətili uzunmüddətli olur:
"Adətən bu müddət 8-12 həftə arasında dəyişir ki, bu da 2-3 ay deməkdir. Azərbaycan 2004-cü ildən etibarən yarımillik sistemə keçib. Buna baxmayaraq, yaz, payız və qış tətillərinin müddəti kifayət qədər qısa olur. Rüblük sistemə keçid daha məqsədəuyğun olardı. Dünyanın müxtəlif ölkələrində təhsil ilinin müddəti 36-42 həftə olduğu halda, Azərbaycanda bu müddət 34 həftədir. Təhsil ilinin müddətinin uzadılması ilə bağlı dəfələrlə təkliflər irəli sürülüb".
Ekspertin sözlərinə görə, əgər təhsil ilinin başlama tarixi 14 sentyabr olaraq müəyyən edilibsə və dərslər iyunun əvvəlinə qədər davam etməlidir, bu zaman tədris ili daha səmərəli təşkil oluna bilər:
"İyunun 1-dən 14-nə qədər olan müddət qiymətləndirmə prosesi üçün ayrılsa, yay tətilinin müddəti indiki 12 həftədən 10 həftəyə enəcək. Bu dəyişiklik Azərbaycanın təhsil sistemini beynəlxalq təcrübəyə daha da yaxınlaşdıracaq. Çünki dünyanın müxtəlif ölkələrində də yay tətilinin orta hesabla 10 həftə olduğu müşahidə edilir".
Qafarov əlavə edib ki, Azərbaycan isti ölkələr sırasında yer alır və burada tədris ilinin düzgün planlaşdırılması vacibdir. Əgər yay tətili iyunun 1-də başlayıb, sentyabrın 14-də bitsə, bu, həm tədris planına uyğunlaşmış olacaq, həm də şagirdlərin yüklənməsinin qarşısını alacaq.(News24.az)
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT










