Məktəblilərin dərslərə adaptasiya olması üçün valideynlər nə etməlidir? – PSİXOLOQ

Məktəb mövsümü başlayanda valideynlərin üzərinə mühüm vəzifələr düşür. Əvvəlcə övladlarına məktəbin qaydalarına əməl etməyi, əşyaları qorumağı və dostları ilə sağlam münasibətlər qurmağı öyrətməlidirlər.
Yanlış hərəkətlərdə cəza ilə yanaşı mükafat metodundan da istifadə etmək faydalıdır. Valideynlər öz davranışları ilə nümunə göstərməli, uşaqlara məktəbi müsbət yöndə tanıtmalı və onların adaptasiyasına dəstək olmalıdırlar.
Məktəblər açıldığı zaman valideynlər övladlarına hansı tövsiyələri verməlidirlər?
Mövzu ilə bağlı psixoloq Nərmin Ağayeva Avtosfer.az-a açıqlamasında bildirib ki, bütün yaş qruplarında, bütün siniflər üzrə maarifləndirmə işini valideynlər evdə aparmalıdır:
.jpg)
“Həm normal psixi inkişafa malik uşaqlar, həm də inkişafında ləngimə olan uşaqlar məktəbdə birmənalı olaraq qəbul edilməli, onlara düzgün davranışlar göstərilməli və həyat qaydaları öyrədilməlidir.
Bunu isə ilk olaraq valideynlər evdə həyata keçirməlidir. Əsas nüanslardan biri uşaqlara məktəb əşyalarına zərər verməmək və məktəbin qoyduğu qaydalara riayət etməyi öyrətməkdir. Əks halda, valideynlər uşaqlara yanlış davranışların cəza ilə nəticələnəcəyini, düzgün davranışların isə mükafatlandırılacağını izah etməlidirlər.
Digər mühüm məqam uşaqların sinifdaxili və qruplararası münasibətlərdə sağlam ünsiyyət qurmasıdır. Bu mövzuda evdə mütəmadi maarifləndirici söhbətlər aparılmalı, valideynlər özləri nümunə olmalıdır. Yəni uşaqlar sözlə deyil, davranışla doğru nümunəni görməlidirlər.
1-ci və 2-ci sinif şagirdləri üçün də bütün bu məqamlar keçərlidir. Lakin onlarda əlavə olaraq adaptasiya çətinliyi yarana bilər. Psixologiyada adaptasiya mərhələləri mövcuddur və valideynlər bu mərhələləri uşaqlarla birlikdə keçməlidirlər. Məsələn, məktəbə başlamazdan əvvəl uşaqla söhbət edilməli, məktəbə getməyin onun “işi” olduğu izah edilməlidir”.
Psixoloq əlavə olaraq qeyd edib ki, valideynlər uşaqları mükəmməlliyyətçi yanaşma ilə yükləməməli, “mütləq uğurlu olmalısan” deyə təzyiq göstərməməlidirlər:
“Bunun əvəzinə “bacardığını etsən, hər şey daha yaxşı olacaq” kimi motivasiyaedici yanaşma daha faydalıdır.
Ən əsası, uşaqlara gün ərzində nə yedikləri və ya kiminlə dava etdikləri barədə deyil, nələr öyrəndikləri barədə suallar verilməlidir. Onlarla məktəb mövzulu oyunlar oynamaq, məsələn, dostlarının şəklini çəkmək və ya məktəbdə öyrəndiklərini evdə yaratıcı şəkildə ifadə etməyə təşviq etmək daha düzgün yanaşmadır”.
Eltac Zülfüqaroğlu
Vaqif Əsədov: “BYD" seçməyimin əsas səbəbi təhlükəsizlik və müasir texnologiyalardır” - FOTOLAR
“Belə avtomobillə heç yerə getmərəm” - Prezident
Polkovnik "BYD" aldı, işə düşdü: “Tapa bilmirəm”
Bakının simvollarından biri niyə baxımsız qalıb? – Memardan İRAD - FOTO
İlham Əliyev Qətər Əmirinə başsağlığı verdi
Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO
Tovuz döyüşlərindən 6 il ötür
Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO










