Mələkxanım əsəbindən ağladı: “Ölsələr də, heç nə etməyəcəm” - VİDEO

“Bir əclaf nəsə edir, deyirlər, Mələkxanımın qohumudur. Məni xalqın qarşısında görün nə hala saldılar?! Bir şey olmamış Mələkxanımın adı çəkilir. Belə olmaz axı!”. Avtosfer.az xəbər verir ki, bu sözləri xalq artisti Mələkxanım Əyyubova Xəbərçi.az-a açıqlamasında deyib. O, qardaşı oğlu Valeh İsrafilovun çılpaq videosu yayılan 3 qızı Cahid adlı şəxslə tanış etməsi hadisəsindən danışarkən əsəblərini cilovlaya bilməyib: “Öldü onlar mənim üçün. Yoxdurlar artıq. Qardaşımı, bacımı demirəm, amma balaları yoxdur mənim üçün. Ölsələr də, heç nə etməyəcəm. Soruşsalar, ay Mələkxanım, qardaşın oğlu, bacın oğlu niyə öldü? Deyəcəm mənlik deyil. Söz var ev arasında, söz də var el arasında. Mən onlara deyirdim elə edin ki mənim adıma ləkə gəlməsin. Özləri də deyirdilər, ay bibi, biz elə şey etmərik. Ayıbdır axı, mənim adımı niyə hallandırırsız? Mələkxanım neyləməlidir? Özümü öldürüm? Gedin ata-anasından soruşun. Bitdi onlar mənim üçün. Bəsdir. 38 ildir xalqıma xidmət edirəm. Bu neçə ildə ailəm, övladlarım, sənətim haqda nəsə mənfi bir fikir çıxıb? Yox! Bacımın, qardaşımın balalarına həmişə əl tutdum, onları oxutdurdum, əllərini çörəyə çatdırdım. Qarşılığında onlar nə ediblər? Heç nə. Heç ummuram da. Bacımın, qardaşımın övladları ilə illərdir əlaqəm yoxdur. Onları bundan əvvəl də silmişdim, indi isə birdəfəlik sildim”.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












