Meloninin Bakıya gəlməsi Azərbaycana nə qazandıracaq? - EKSPERT

İtaliyanın Baş naziri Ciorcia Meloninin Bakıya səfəri Azərbaycan–İtaliya münasibətlərinin yeni mərhələyə yüksəldiyini bir daha təsdiqləyir.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyevin sözlərinə görə, bu əlaqələr artıq sırf iqtisadi əməkdaşlıq çərçivəsini aşaraq çoxşaxəli strateji tərəfdaşlıq səviyyəsinə çatıb.

Ekspert bildirib ki, Azərbaycan üçün əsas ticarət tərəfdaşlarından biri olan İtaliya ilə münasibətlər xüsusilə enerji təhlükəsizliyi baxımından Avropa üçün mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Xəzər regionundan Avropaya uzanan Cənub Qaz Dəhlizi artıq yalnız enerji layihəsi deyil, bütövlükdə Avropanın enerji arxitekturasının əsas sütunlarından birinə çevrilib. Bu dəhliz vasitəsilə İtaliya təkcə öz enerji tələbatını qarşılamır, eyni zamanda Avstriya və Almaniya kimi ölkələr üçün də mühüm tranzit rolunu yerinə yetirir.

2026-cı ildən etibarən Azərbaycan qazının yeni bazarlara çıxışı İtaliyanın rolunu daha da gücləndirəcək və bu ölkəni Avropanın aparıcı qaz tranzit mərkəzlərindən birinə çevirəcək. Bu isə Azərbaycan–İtaliya əməkdaşlığını regional çərçivədən çıxararaq qlobal strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir.
İki ölkə arasında əməkdaşlıq təkcə enerji sektoru ilə məhdudlaşmır. Azərbaycan Dövlət Neft Fondunun beynəlxalq maliyyə platformaları vasitəsilə İtaliyanın nəqliyyat sektoruna investisiya yatırması bu münasibətlərin artıq infrastruktur və logistika sahələrini də əhatə etdiyini göstərir. Eyni zamanda, “8 Noyabr” İstilik Elektrik Stansiyası layihəsində İtaliya şirkətinin iştirakı sənaye əməkdaşlığı və texnologiya transferinin də tərəfdaşlığın əsas komponentlərindən birinə çevrildiyini nümayiş etdirir.
Ekspert vurğulayıb ki, bütün bu amillər Azərbaycan–İtaliya münasibətlərinin klassik ticarət əlaqələrindən fərqli olaraq enerji, nəqliyyat, maliyyə və sənaye sahələrini birləşdirən kompleks strateji modelə transformasiya olunduğunu göstərir. Bu model həm Azərbaycanın Avropadakı mövqeyini gücləndirir, həm də İtaliyanı Cənubi Qafqaz və Xəzər regionu ilə birləşdirən əsas geoiqtisadi körpülərdən birinə çevirir.
Eltac Zülfüqaroğlu
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI












