Mənsum İbrahimovdan hicabla bağlı AÇIQLAMA

Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə, sənəddə hicabla bağlı hər hansı xüsusi və konkret qadağanın nəzərdə tutulmadığı aydın görünür. Təhsil ocaqlarında idman və ya açıq-saçıq üslublara məhdudiyyət qoyulması ümumi nizam-intizam qaydasıdır. Bununla belə, hər bir təsisatın daxili qaydaları tətbiq edilərən vətəndaşların konstitusion hüquqları və qanunvericilik əsas götürülməlidir.
Bu sözləri Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Professor, Xalq artisti, görkəmli xanəndə Mənsum İbrahimov açıqlamasında bildirib.
Xalq artistinin sözlərinə görə, cəmiyyətin dayanıqlığı həm dindar, həm də qeyri-dindar vətəndaşların seçimlərinə, inanclarına və dünyagörüşünə qarşılıqlı hörmətdən keçir. İnanc və ibadəti özünə həyat tərzi seçmiş insanların hisslərini aşağılamaq cəmiyyətdə yalnız lüzumsuz gərginliyə yol açır. Eyni zamanda unutmaq olmaz ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə milli-mənəvi dəyərlərə, xüsusən də azad edilmiş torpaqlarımızda məscidlərin bərpasına daim yüksək diqqət göstərilib.
M.İbrahimov qeyd edib ki, Tarixinin ən şanlı dövrünü yaşayan, torpaqlarını həmrəylik və şəhidlərin qanı bahasına azad edən Azərbaycan bu gün qlobal təhdidlərlə dolu həssas bir dünyada yer alır. Belə bir məqamda daxili sabitliyə zərər vurmaq heç bir tərəfə fayda gətirməz. Ən kəskin fikir ayrılıqları belə sağlam dialoq, təmkin və qarşılıqlı hörmət çərçivəsində həll olunmalıdır. Dövlətimizin möhkəmliyi və birliyimiz hər birimiz üçün ən ali dəyər olaraq qalmalıdır./oxu24.com
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












