Mənzildə qaz sızması olub: 7 ölü

Tbilisidə mənzildə qaz sızması nəticəsində ölən şəxslərin qohum olduqları müəyyən olunub. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, onların arasında ata və oğul, həmçinin iki qardaş da var. Ölən şəxslərin kimliyi barədə hələ məlumat verilmir.
Gürcüstanın Daxili İşlər Nazirliyi dəm qazından kütləvi zəhərələnmə faktı üzrə cinayət işi başlayıb, istintaq aparılır.
Tbilisi şəhərini təbii qazla təmin edən şirkətdən bildirilib ki, bədbəxt hadisəyə səbəb olan su qızdırıcısına təbii qazın verilməsinin bu yaxınlarda qarşısı alınsa da, daha sonra sakinlər özbaşına olaraq qurğunu yenidən işə salıblar.
*** 15:05
Gürcüstan paytaxtı Tbilisinin Ketevan Tsamebuli prospektində yerləşən yaşayış binalarından birinin mənzilində qaz sızması baş verib. Hadisə nəticəsində 7-ci mərtəbədə yaşayan 7 nəfər ölüb. Onlar bir otaqda yaşayırmışlar. Hadisə şahidlərinin sözlərinə görə, ölən şəxslər həmin mənzildə kirayədə qalırmışlar və tikintidə çalışırmışlar. Mənzildə su qızdırıcısının kustar üsulla quraşdırıldığı müəyyən olunub. Hazırda ölənlərin şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində işlər aparılır.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










