“Meqa Sığorta”nın xalis mənfəəti 4% azalıb

“Meqa Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 42,49 mln. manat təşkil edib.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 19,6% çoxdur.
2018-ci ildə “Meqa Sığorta”nın cəmi öhdəlikləri 89,3% artaraq 18,647 mln. manata çatıb, cəmi kapitalı isə 7,1% azalaraq 23,843 mln. manata düşüb.
Ötən il “Meqa Sığorta”nın gəlirləri 27,017 mln. manat (əvvəlki ilə nisbətən 34,4% çox), xərcləri 21,071 mln. manat (51,6% çox), mənfəət vergisi ödəmələri isə 1,189 mln. manat (4,3% az) təşkil edib. Son nəticədə şirkəti 2018-ci ili 4,757 mln. manat xalis mənfəətlə başa vurub. Bu isə 2017-ci illə müqayisədə 4,3% azdır.
Xatırladaq ki, “Meqa Sığorta” Xatırladaq ki, "Meqa Sığorta" 1998-ci ildən fəaliyyət göstərən BE&G sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,5 mln. manatdır. Şirkətin səhmdarları hər biri 19% payla Fərəh Məmmədova (“Atabank” ASC ilə birləşmiş “Caspian Development Bank” ASC-nin Müşahidə Şurasının sədri), Rauf Əliyev (“Rabitəbank” ASC-nin 30%-lik səhmdarı), Nəzakət İsmayılova və Zaur Quliyev, 14% payla Yaşar Qurbanov (“Meqa Sığorta”nın Direktorlar Şurasının sədri) və 10% payla Zeynal Əliyevdir.
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA










