"Mercedes Vito"dan mobil telefon və dərman preparatları aşkarlanıb - FOTO

Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında "Xanoba" gömrük postunda Rusiya istiqamətindən Azərbaycana gələn "Mercedes Vito 115 CDI" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.
Komitədən Avtosfer.az-a verilən məlumata görə, Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə baxış zamanı nəqliyyat vasitəsinin salonundakı müxtəlif gizli saxlanc yerlərindən qutuları və aksessuarları ilə birlikdə olan 4 ədəd "İphone 8 Space Gray", 1 ədəd "İphone 8 Plus Space Gray" və 15 ədəd "İphone 8 Plus Gold" markalı mobil telefonlar, 5 600 həb "Oxandrolone 50 ml", 6500 həb "Turanabol 50 ml", 60 flakon "Boldenone 300 mg/ml", 50 flakon "Trenbolone 100 mg/ml", 49 flakon "Sustanon 300 mg/ml", 39 flakon "Nandrolone 325 mg/ml", 49 flakon "Testosterone 100 mg/ml", 50 flakon "Masterone 100 mg/ml" və 50 flakon "Testosterone 300 mg/ml" adlı dərman preparatları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Namiq
Bu yollarda tıxac var - SİYAHI
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA













