"Mercedes”dən külli miqdarda narkotik vasitə aşkarlanıb - VİDEO

Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları qanunsuz yollarla Azərbaycana gətirilən külli miqdarda narkotik vasitələrin realizə edilməsinin qarşısını alıblar. Bu barədə Avtosfer.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib. Belə ki, Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinə İran İslam Respublikasından Azərbaycan ərazisinə qeyri-qanuni yollarla gətirilən külli miqdarda narkotik vasitələrin Məmmədov Şahmirzə Hilal oğlu tərəfindən satış məqsədilə əldə edilməsi, saxlanması və "Mercedes-Benz" markalı minik avtomobili ilə həmin narkotik vasitələrin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində realizə ediləcəyi barədə əməliyyat məlumatı daxil olub. Məlumat əsasında Əməliyyat İdarəsinin əməkdaşlarıtərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Azərbaycan vətəndaşları Məmmədov Şahmirzə Hilal oğlu və Rüstəmov Namiq Hafiz oğlunun əyləşdiyi "Mercedes-Benz" markalı minik nəqliyyat vasitəsi saxlanılıb və vizual baxış keçirilib. Bu zaman nəqliyyat vasitəsinin baqajında olan göy rəngli bir ədəd iri həcmli əl çantasında sellofana bükülü 2 ədəd bağlamada cəmi xalis çəkisi 997.3 qram narkotik vasitə-tiryək, narıncı rəngli 2 ədəd paketlərdən isə cəmi xalis çəkisi 999.1 qram narkotik vasitə-heroin aşkar edilib. Adı çəkilən vətəndaşların üzərində aparılan şəxsi yoxlama zamanı isə Şahmirzə Məmmədovun şalvarının bel hissəsində, uzunluğu 200 mm olan açılıb-bağlanan, tiyəli 1ədəd bıçaq, sağ cibindən istifadə olunmuş 1 ədəd plastik şprits və şüşədən ibarət 1 ədəd kolba, Namiq Rüstəmovun şalvarının sağ cibindən, uzunluğu 145 mm olan açılıb-bağlanan, tiyəli 1 ədəd bıçaq aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
Namiq
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI










