Mərdəkan qalasının bərpası niyə başa çatmır? – Memar DANIŞDI

XIII əsrə aid dairəvi Mərdəkan qalasında aparılan bərpa işlərinin uzun müddətdir başa çatmaması ictimai müzakirələrə səbəb olub. Belə tarixi abidələrin bərpası zamanı şəffaflıq və peşəkar yanaşma xüsusi əhəmiyyət daşıyır.
Avtosfer.az xəbər verir ki, bu fikirləri memar Elçin Əliyev səsləndirib.
Onun sözlərinə görə, Mədəniyyət Nazirliyinin qalanın bərpa layihəsinin hazırlanmasını həvalə etdiyi podratçı şirkətlərlə bağlı açıq mənbələrdə məhdud məlumat mövcuddur. Memar bildirib ki, ictimaiyyət podratçıların bu sahədə hansı təcrübəyə malik olduğu, seçim zamanı hansı meyarların əsas götürüldüyü və layihənin hansı mərhələdə olduğu barədə ətraflı məlumatlandırılmalıdır.
Elçin Əliyev qeyd edib ki, Mərdəkan qalası memar Əbdülməcid ibn Məsud tərəfindən Şirvanşah Fəriburzun əmri ilə inşa edilmiş Azərbaycanın mühüm tarixi-memarlıq abidələrindən biridir. Belə irs nümunələrinin bərpası yüksək ixtisaslaşmış mütəxəssislər tərəfindən və beynəlxalq konservasiya prinsiplərinə uyğun şəkildə həyata keçirilməlidir.
Bərpa işlərinin bir neçə ildir davam etməsinə baxmayaraq, layihənin hələ də yekunlaşmaması suallar doğurur. Layihənin icra vəziyyəti, görülən işlər, ayrılmış vəsait, gecikmənin səbəbləri və bərpanın başa çatacağı tarix barədə ictimaiyyətə rəsmi məlumat verilməsi məqsədəuyğun olardı.
Memarın sözlərinə görə, tarixi-mədəni irs obyektlərinin qorunması yalnız dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin maraqlarına xidmət edir. Bu baxımdan, belə layihələrdə şəffaflığın təmin olunması, müntəzəm ictimai məlumatlandırmanın aparılması və görülən işlərə peşəkar nəzarətin gücləndirilməsi həm irsin qorunmasına, həm də ictimai etimadın artırılmasına töhfə verə bilər.
Eltac Zülfüqaroğlu
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












