Meşə fondunun torpağı sahibkara satılıb? – İDDİA - FOTO

Qalınçaq meşəbəyliyinin 14 saylı meşə dolayının 13-cü kvartalında, Bakı–Qəbələ magistral yolunun kənarında yerləşən meşə fondu torpağının Nazirlər Kabinetinin müvafiq qərarı olmadan meşə fondunun xəritəsindən çıxarıldığı iddia olunur.
Avtosfer.az xəbər verir ki, məlum olduğu kimi, meşə fondu torpaqlarının təyinatının dəyişdirilməsi və ya həmin ərazilərin meşə fondundan çıxarılması qanunvericiliyə uyğun olaraq yalnız müvafiq qərarlar əsasında həyata keçirilə bilər. Bu baxımdan sözügedən ərazi ilə bağlı yaranan vəziyyət bir sıra suallar doğurur.
Bəs İsmayıllı rayonunda qeyd olunan meşə fondu torpağının Nazirlər Kabinetinin qərarı olmadan xəritədən çıxarılması necə baş verib, bunun hüquqi əsasları və səbəbləri nədən ibarətdir? Həmin ərazinin hansı məqsədlə ayrılması və gələcəkdə hansı layihənin həyata keçirilməsi nəzərdə tutulur?
Əmlak Məsələləri Dövlət Xidmətindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib olunmuş torpaq sahəsinin ortofoto görüntüsündə işarələnmiş ərazinin ümumi sahəsi 14,85 hektar təşkil edir. Bu torpaq sahəsinin 8,2 ha hissəsi dövlət meşə fondu torpaqlarına, 5,56 ha hissəsi kənd təsərrüfatı təyinatlı pay torpaqlarına və 1,09 ha hissəsi isə yaşayış məntəqələrinin torpaqlarına aiddir.
Aparılan araşdırma nəticəsində adıçəkilən ərazidə torpaqların kateqoriyasının dəyişdirilməsi halları olmayıb.
Eltac Zülfüqaroğlu
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












