Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib.
Avtosfer.az xəbər verir ki, toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid gündəlikdəki məsələlər barədə məlumat verib.
Gündəlik səsə qoyularaq qəbul edilib.
İclasda əvvəlcə milli mətbuatımızın 150 illiyinə dair planlaşdırılan fəaliyyətlə bağlı müzakirələr aparılıb. İH üzvləri Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” 25 aprel 2025-ci il tarixli Sərəncamını yüksək qiymətləndiriblər, mühüm sənədə görə dövlət başçısına təşəkkürlərini çatdırıblar. Onlar Sərəncamın mətbuatımızın keçdiyi yola müstəsna dəyərin növbəti bariz nümunəsi olduğunu, özlüyündə ənənə mahiyyəti daşıdığını vurğulayıblar, sənədə əsasən Mətbuat Şurasının üzərinə də mühüm missiyanın düşdüyünü bildirərək, qurumun bununla bağlı fəaliyyətə hazır olduğunu bildiriblər.
Sonra Mətbuat Şurasının sədrinin İdarə Heyətinin son iclasından indiyədək görülmüş işlərlə bağlı məlumatı dinlənilib.
İclasda həmçinin MŞ sədrinin müavini, Şikayətlər üzrə Komissiyanın sədri Səadət Məmmədovanın məlumatı dinlənilib. S.Məmmədova Şuraya müxtəlif media orqanlarının fəaliyyətinə dair həm şifahi, həm də yazılı narazılıqların daxil olduğunu diqqətə çatdırıb. O, 5 yazılı şikayətin rəhbərlik etdiyi komissiyada nəzərdən keçirildiyini qeyd edib və bildirib ki, onlardan yalnız biri barədə qərar çıxarılması rəyinə gəlinib.
S.Məmmədova fəaliyyəti narazılıq doğurmuş media subyektlərinin tənqid hədəflərinin fikirlərinin öyrənilməsinə biganə yanaşdıqlarını xarakterik mənfi hal kimi səciyyələndirib, habelə bir sıra şikayət müəlliflərinin mediadan narazılığının əsassız olduğunu deyib. Komissiya sədri Şuraya müraciətlərin düzgün əsaslandırılmaması, şikayət müəlliflərinin medianın ictimai missiyasını nəzərə almamaları kimi xarakterik cəhətlərin mövcudluğunu da vurğulayıb.
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü keçirilir - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO












