Metro istifadəçilərinin nəzərinə! Fevral ayının sonunadək...

"Bakmil" stansiyası bu yaxınlarda tam olaraq sərnişinlərin istifadəsinə veriləcək.
Avtosfer.Az xəbər verir ki, bunu Trend-ə özəl müsahibəsində "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin baş mühəndisi Əlixan Osmanov deyib.
Ə.Osmanov bildirib ki, Bakı Metropoliteninin yeganə yerüstü stansiyası olan "Bakmil"in əvvəllər sərnişindaşımada bir o qədər böyük rolu yox idi, lakin hazırda çox böyük əhəmiyyətə malikdir:
"Çünki artıq stansiyanın ətrafında bir çox iş yerləri açılıb, idarə və təşkilatlar fəaliyyət göstərir. Stansiyanın birinci mərtəbəsinin döşəməsi yolun asfalt örtüyündən 60 santimetr aşağı idi və bu da böyük problem yaradırdı. Stansiya açıq tipli yerüstü olduğuna görə, yağışlar yağanda stansiyanı su basırdı, bunun qarşısını almaq isə mümkün deyildi. Eyni zamanda, stansiyanın konstruksiyaları, pəncərələri, qapıları, zahiri elementləri və s. köhnəlmişdi. "Bakmil"də də təmirə giriş-çıxışı sərnişinlər üçün bağlamadan başladıq. Açıq hava şəraitində olması ilə əlaqədar xüsusi yeniliklər etdik. Müasir texnologiyaların tələbləri səviyyəsinə çatdırılan stansiyada artıq işlər yekunlaşıb. Hazırda stansiya ərazisində yaşıllaşdırma işləri aparılır".
Baş mühəndis vurğulayın ki, "Bakmil" stansiyasının bütün kommunikasiyası, texniki təchizatı yenidən qurulub: "Stansiyanın platforması əvvəllər açıq idi, indi isə yarımqapalı vəziyyətdədir. Sərnişin platformasının üstü bağlanıb, sərnişinlərin yağıntıdan qorunması, həmçinin təhlükəsizliyi və rahatlığı təmin olunub, stansiyada müasir oturacaqlar quraşdırılıb. Fevral ayının sonunadək stansiya tam olaraq sərnişinlərin istifadəsinə veriləcək".
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












