Metro yay qrafikinə keçir: Qatar sayı azalır, interval artır

Yay mövsümünün başlanması və sərnişin sayının azalması ilə əlaqədar olaraq, iyul ayının əvvəlindən metropoliten qatarlarının hərəkət qrafikində dəyişikliklər ediləcək.
Avtosfer.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Modern.az-ın sorğusuna cavab olaraq bildirib.
B.Məmmədov deyib ki, qrafik bir qayda olaraq, sərnişin axınının optimal şəkildə təmin olunması məqsədini daşımaqla yay və qış mövsümü üçün ayrıca tərtib edilir: "Hazırda monitorinqlər davam etdirilir. "Bakı Metropoliteni” QSC-nin sədrinin əmrinə əsasən, iyul ayının 1-dən metropolitendə qatarların hərəkətinin yay qrafikinə keçiləcək. Yay qrafikinə uyğun olaraq, xəttə əvvəlkinə nisbətən az sayda qatar buraxılacaq. Bu da qatarlararası intervalların cüzi artmasına səbəb olacaq. Yəni, sərnişinlərin əsas axın saatlarında "Həzi Aslanov” stansiyasından "28 May” stansiyasına qədər və əks istiqamətdə hərəkət edən qatarlar arasındakı fasilə, qış dövründə olduğu kimi, 2 dəqiqə deyil, 2,5 dəqiqə olacaq. Sərnişinlərin az olduğu səhər və axşam saatlarında bu sahədə 3 dəqiqə və daha çox intervala hesablanmış hərəkət təşkil ediləcək.
"28 May” stansiyasında yol, "İçərişəhər” və "Dərnəgül” stansiyalarına doğru olmaqla, 2 istiqamətə ayrıldığına görə, həmin istiqamətlərdə qatarlararası intervallar iki dəfə böyüməklə, gur vaxtlarda 5, başqa vaxtlarda 6 dəqiqə və daha çox olacaq”.
Metropoliten rəsmisinin sözlərinə görə, yay qrafiki yeni tədris ilinin başlanmasına kimi qüvvədə olacaq.
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Bu yollarda tıxac var - SİYAHI
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS












