Metroda kondisioner problemi - Sərnişinlər nə vaxtadək əziyyət çəkəcək? - VİDEO

Yay aylarında metrodan istifadə edən sərnişinləri narahat edən məsələ qatarların bir çoxunda kondisioner sisteminin olmamasıdır.
Avtosfer.az-ın məlumatına görə, sərnişinlər deyir ki yeni və az sayda olan qatarların hamısında kondisioner sistemi işləsə də, köhnə qataların heç birində bu sistem yoxdur. Odur ki, vaqonlardakı isti hava bəzən sərnişinlərin halının pisləşməsinə gətirib çıxarır.
Bəs görəsən bu problemi nə vaxt həll olunacaq?
"Bakı Metropoliteni" Qapalı Səhmidar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Xəzər Xəbər"ə açıqlamasında bildirdi ki, yeni alınan 5 qatar 25 vaqonda kondisioner sistemi işlək vəziyyətə gətirilib. Hər bir yeni alınmış qatarda xüsusi nəzarət sistemi var ki, həmin sistem sərnişin salonunda mikroiqlim şəraitini nəzərə alır.
Köhnə qatarların 31 il istismar müddəti var. Bu il ərzində 6 qatar istismar müddətini başa vurduğu üçün xətdən çıxarılaraq yeniləri ilə əvəz olunacaq. Bunun üçün 6 qatarın alınması nəzərdə tutulub.
Bəxtiyar Məmmədov həmçinin onu da bildirdi ki, köhnə qatarların heç birində kondisioner sistemi yoxdur. Qatarları istehsal edən müəssisə ilə aparılan danışıqlar zamanı yekun rəy ondan ibarət olub ki, bu qatarlarda kondisioner sisteminin quraşdırılması texniki baxımdan mümkün deyil. Ona görə də qatarlar yeniləndikcə kondisioner problemi də həllini tapacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?












