Metroda sevgilisini bıçaqlayan şəxsə hökm oxunub

Bakıda metroda sevgilisini öldürməyə cəhddə təqsirləndirilən Vahid Abdullayevin cinayət işi məhkəmə prosesi başa çatıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, V.Abdullayev 11 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il sentyabr ayında baş verib. Metronun "Nəsimi" stansiyasında 1972-ci il təvəllüdlü Bakı şəhər sakini Quliyeva Elnarə Baloğlan qızı 1972-ci il təvəllüdlü Abdullayev Vahid İnqilab oğlu tərəfindən bıçaqlanıb.
Hadisəni törətməkdə şübhəli bilinən Vahid Abdullayev polis əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, Vahid Abdullayev E.Quliyeva ilə qeyri-rəsmi nikahda olub və hadisə də qısqanclıq zəminində baş verib.
V.Abdullayev Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə ittiham edilir.
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?












