Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO

Bakının 20 Yanvar ərazisində aparılan abadlıq işləri ilə bağlı sakinlər narazılıq bildiriblər. Onlar piyada yollarının vəziyyətinin yaxşılaşdırılmasını və ərazidə görülən işlərin daha keyfiyyətli aparılmasını istəyirlər.
Avtosfer.az xəbər verir ki, Azərenerji ətrafında, 20 Yanvar ərazisində çəkiliş aparan vətəndaş piyada yollarının çala-çuxur olduğunu bildirib.
Vətəndaşın sözlərinə görə, xüsusilə yeraltı keçidə gedən yolda çala-çuxur piyadaların hərəkətini çətinləşdirir.
“Abadlıq işlərindən şikayət edəcəyəm. Üstünü bəzəməkdənsə, görülən işlər keyfiyyətli olsun. Yolu yarımçıq boyamaqla abadlıq olmur. Piyada yolları isə çala-çuxurdur. Alt keçidə gedənə qədər daşlar ayaqqabımızı kəsir. Xahiş edirəm, bu məsələ həllini tapsın”, – deyə sakin bildirib.
Sakinlər ərazidə piyada infrastrukturunun yenidən nəzərdən keçirilməsini və insanların rahat və təhlükəsiz hərəkəti üçün yol örtüyünün yaxşılaşdırılmasını istəyirlər.
Eltac Zülfüqaroğlu
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO












