Metronun "Elmlər Akademiyası" stansiyasının çıxışı bağlandı

"Bakı Metropoliteni" QCS-nin "Elmlər Akademiyası" stansiyasının əsas çıxışı bağlanıb. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Qurum rəsmisi bildirib ki, stansiyanın əsas çıxışının bağlanmasına səbəb güclü küləklə bağlıdır: "İki gündür ki, Bakıda güclü şimal küləyi hökm sürür. Güclü külək stansiyanın giriş və çıxışlarında təhlükə yaradır. Sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün bu günlərdə sərnişinlərin az olmasını nəzərə alaraq stansiyanın əsas çıxışı bağlanıb. Hazırda giriş və çıxış stansiyanın əsas girişi ilə həyata keçirilir".
B.Məmmədovin sözlərinə görə, proses nəzarətdədir: "Əgər sərnişin sıxlığı müşahidə olunarsa, əsas çıxış açılacaq. Təhsil müəssisələrində tədris prosesi dayandırıldığından hələ ki, sərnişin sıxlığı yoxdur".
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB










