Metronun "Xətai" stansiyasının açılacağı vaxt məlum olub

Ötən ilin sentyabrın 27-də təmirə bağlanmış Bakı Metropoliteninin "Xətai" stansiyasının açılacağı vaxt müəyyənləşib. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun Avtosfer.az xəbər verir ki, bu barədə ONA-nın sorğusuna verdiyi məlumata görə, stansiyada təmir işləri avqust ayında başa çatacaq.
B.Məmmədovun sözlərinə görə, stansiyada istifadədə olan "LT-2" tipli 3 eskalator sökülüb, əvəzinə Almaniyanın "Thyssen Krupp Fahrtreppe" şirkətinin "Viktoriya Tube" tipli 4 eskalatoru quraşdırılır. Eskalatorların dəyişdirilməsi müddətində infrastrukturla bağlı digər təmir-bərpa, yenidənqurma işləri də görülür.
Qurum rəsmisi əlavə edib ki, "Xətai" stansiyasında eskalatorların yenilənməsi ilə yanaşı, vestibülün əsaslı təmiri də aparılır və stansiyanın memarlıq kompozisiyası yaradılır: “Həmçinin stansiyanın istismar müddətini başa vurmuş mərmər-qranit örtüyü sökülərək yenilənir, maili gedişin divarları və tavanı dövrün tələblərinə uyğun təmir olunur. Bunlarla yanaşı, "Xətai" stansiyasının 2-ci baş yolunun və "Xətai-Cəfər Cabbarlı” mənzilinin 2-ci yolunun sağlamlaşdırılması, əsaslı təmiri və yenidən qurulması da avqusta qədər başa çatdırılacaq”.
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT












